"15 yaşlı qız ərə verilməyib, sadəcə nişan edilib" - AÇIQLAMA + YENİLƏNİB


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirilməsinə münasibət bildirib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, qurumun mətbuat katibi Teymur Mərdanoğlu bu barədə açıqlama verib:
“Sosial şəbəkələrdə görüntülər yayılan kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələyə reaksiya verdi. Komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Onlar əməkdaşlara bildirilib ki, 15 yaşlı qız ərə verilməyib, sadəcə nişan edilib.
Ailə qeyd edib ki, pandemiya görə yenidən sərt karantinin olmasından qorxduqları üçün nişan ediblər. Qızın toyu təhsilini bitirdikdən sonra, 18 yaşı tamam olan zaman baş tutacaq”.
O qeyd edib ki, məsələ komitənin nəzarətindədir.


*** 26 iyul, 18:42
Xaçmaz rayonunda 15 yaşlı qız 29 yaşlı oğlanla evləndirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, rayonun Qımıl-Qışlaq kənd sakini olan 15 yaşlı qızın hələ noyabr ayında 16 yaşı olacaq.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapsa, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumat barədə araşdırma aparılır.

Qeyd edək ki, son günlər yeniyetmə qızların evləndirilməsi faktları barədə bir neçə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top