Tunisdəki çevrilişdə bu ölkənin əli olduğu iddia edilir


Tunisdə baş verən çevrilişdə Birləşmiş Ərəb Əmirliklərinin əli olduğu iddia olunur.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri səsləndirməyə səbəb Dubay polis idarəsinin rəis müavini, general-leytenant Dahi Xalfanın 3 gün əvvəl paylaşdığı tvit olub. Belə ki, o, tviter hesabında “yaxşı xəbər, yeni çevriliş gəlir” tvitini atıb.
BƏƏ-nin sosial şəbəkə istifadəçilərinin də Tunisdəki çevriliş üçün təbrik mesajları da diqqətdən yayınmayıb.
Qeyd edək ki, ötən həftə Tunisdə iqtisadi çətinliklər və Covid-19 pandemiyasına qarşı mübarizədəki uğursuzluq səbəbi ilə hökumətin istefası tələb edilmişdi. Bu səbəbdən bəzi qruplar etiraz nümayişləri təşkil edilmişdi. Ölkə prezidenti Qais Said bundan sonra parlamentin buraxıldığını və baş nazir Hişam Maşişinin istefaya göndərildiyini bildirmişdi. Eləcə də Said təcili tədbirlərin davam edəcəyi müddətdə hökumətə başqa bir şəxsin rəhbərlik edəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top