Ermənilər Azərbaycanla bağlı çıxışına görə Lukaşenkonu sərt tənqid etdilər


Erməni mediası Belarus prezidenti Aleksandr Lukaşenkonu hədəf alıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan mediası Lukaşenkonu Azərbaycanla bağlı müsbət ifadələr işlətdiyinə görə tənqid edib. Onlar Lukaşenkoya müraciət edərək Azərbaycana qarşı çıxmağa çağırıblar. Etiraz edən ermənilər, “Lukaşenko Ermənistanla müttəfiq olduğunu unutdu”, - deyə şüarlar səsləndiriblər. 
Qeyd edək ki, bu gün Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşüb. Danışıq zamanı Lukaşenko Belarus-Azərbaycan münasibətlərinə toxunub:
“Qərb dövlətlərinin müqavimətinə baxmayaraq ölkəmizə neft tədarükünə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirirəm. Mükəmməlsiniz, Qərb dövlətlərinin təzyiqinə boyun əymədiniz. Sözünüzə əməl etdiniz”.
Lukaşenko çıxışı zamanı bildirib ki, Azərbaycan sonuncu səfərindən sonra əldə olunan razılaşmaların həyata keçirilməsi barədə hazırlığa başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top