
İsveçrədə koronavirusun hər 2 dozasını vurduran 300 nəfər koronavirusa yoluxub, onlardan 18-i ölüb, 78-i isə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik bunu koronavirusun “Delta” ştammının yüksək sürətlə yayılması və peyvəndin təsirinin zamanla azalması ilə əlaqələndirib.
Açıqlamada həmçinin nazirlik bədənin xəstəliklərə qarşı müqavimətinin zəif olanlara peyvəndin 3-cü dozasının vurula biləcəyi xəbərdarlığını da edib.