"Bravo"nun bu filiallarında vaksinasiya həyata keçirilir – TƏBİB


"Vətəndaşlarımızın rahatlığını təmin etmək üçün böyük supermarketlərdən olan “Bravo” supermarketlərinin “Koroğlu” və “Əhmədli” filiallarında “Coronavac” vaksini ilə vaksinasiya həyata keçirilir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, eyni zamanda “28” və “Dəniz” Mall-da da vaksinasiya həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top