Bütün vaksinləri Bakı şəhərində vurdurmaq olar - TƏBİB


“Bütün vaksinləri Bakı şəhərində vurdurmaq olar”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, Azərbaycanın bütün regionlarında, səyyar olaraq bütün ucqar kəndlərində “Sinovac” şirkətinin “Coronavac” vaksini istifadə olunur:
““AstraZeneca” vaksini Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran şəhərlərində var. “Pfizer” vaksini Bakı şəhərində bir çox məntəqələrdə istifadə olunur. Bununla bərabər Lənkəran, Gəncə və Quba şəhərlərində də və müraciətləri nəzərə alaraq bu yaxınlarda başqa regionlarımızda da bu vaksinlərin tətbiqinə başlanılması nəzərdə tutulur”.

DİGƏR XƏBƏRLƏR

Top