
“Tunisin devrilmiş Baş naziri Hişam Maşişi həbs olunmayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin xəbərinə görə, Tunisin devrilən Baş naziri hazırda öz evindədir. Onun həbs olunması barədə yayılan məlumatlar isə yalandır.
Digər bir məlumatda isə bildirilir ki, Tunis ordusu hökumət binasını mühasirəyə alıb. Əraziyə heç kəs buraxılmır.
Qeyd edək ki, Tunis Prezidenti Qais Said baş nazirin istefaya göndərildiyini, parlamentin fəaliyyətinin 30 gün müddətinə dayandırıldığını, bütün millət vəkillərinin toxunulmazlığının isə götürüldüyünü açıqlamışdı.