“Son günlərdə yoluxma faizləri, yəni ümumi testlərin arasında olan pozitiv nəticələrin payı 5 faizə qədər yüksəlmişdir. Bu ciddi bir yüksəlişdir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.