Gədəbəydə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb


İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini, 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top