Lukaşenko Azərbaycana təşəkkür etdi: "Qərbin təzyiqinə boyun əymədiniz"


Belarus prezidenti Azərbaycana təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb. Bildirilib ki, Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşüb. Danışıq zamanı Lukaşenko Belarus-Azərbaycan münasibətlərinə toxunub:
“Qərb dövlətlərinin müqavimətinə baxmayaraq ölkəmizə neft tədarükünə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirirəm. Mükəmməlsiniz, Qərb dövlətlərinin təzyiqinə boyun əymədiniz. Sözünüzə əməl etdiniz”.
Lukaşenko çıxışı zamanı bildirib ki, Azərbaycan sonuncu səfərindən sonra əldə olunan razılaşmaların həyata keçirilməsi barədə hazırlığa başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top