Xalq artisti Səməd Səmədovun vəfatı ilə bağlı TƏBİB-dən AÇIQLAMA


Xalq artisti Səməd Səmədovun müalicə aldığı xəstəxanada vəfat etdiyi gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi statistikanın COVID-19-dan ölüm halının olmaması kimi təqdim  edilməsi müzakirələrə yol açıb.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışova Modern.az-a bildirib ki, hər gün açıqlanan statistika bir gün əvvəlin məlumatlarını əhatə edir:

“Xalq artisti vəfat edən günün rəqəmləri 23 iyul səhər saat 9:00-dan 24 iyul səhər saat 9:00-a qədər dövrü əhatə edib. Səməd Səmədov isə 24 iyulda axşam saatlarında dünyasını dəyişib”.

Qeyd edək ki, Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə “Yeni Klinika” tibb müəssisəsinə daxil olub. Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib. Böyrək çatışmazlığı yaranıb. Xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top