Prezidentin qardaş ölkəyə səfir təyin etdiyi Rəşad Məmmədovun DOSYESİ


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, Rəşad Eynəddin oğlu Məmmədov 1973-cü il 31 oktyabrda Gəncədə anadan olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi batalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində xidmət edib. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995–1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub. Daha sonra Bakı Hərbi Prokurorunun köməkçisi təyin olunub və 2000-ci ilə qədər həmin vəzifədə çalışıb. 2000–2001-də  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe kimi fəaliyyət göstərib. 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib olub. 2002–2004-cü illərdə G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020-ci illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib. 2006–2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri olub. 2008–2010-da Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib. 5 il sonra Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olur. 2015-2021 –ci illərdə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərib. 
Evlidir, üç övladı var.

DİGƏR XƏBƏRLƏR

Top