İsrail Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə səfir təyin etdi


İsrail Amir Hayeki Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə səfir təyin edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. İsrailin xarici işlər naziri Yair Lapid BƏƏ-yə təyin olunan səfirin iqtisadiyyat və turizm sahəsində kifayət qədər təcrübəsinin olduğunu əsas gətirərək, onun iki ölkə arasında güclü körpü quracağına əmin olduğunu bildirib.
Hayek də öz növbəsində məsələyə münasibət bildirərək, ona göstərilən etimada görə təşəkkür edib.
Qeyd edək ki, Otellər Birliyinin prezidenti vəzifəsində çalışan 58 yaşlı Hayek əvvəllər Sənaye və Ticarət Nazirliyinin baş direktoru və İsraildəki İstehsalçılar Federasiyasının baş meneceri vəzifələrini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top