ABŞ-dan 2034-də ehtimal edilən dünya müharibəsi ssenarisi


NATO Qüvvələrinin sabiq Avropa üzrə Ali Komandanı Ceyms Stavridis və müharibə veteranı yazıçı Elliot Akkerman, 2034-cü ildə "kabus" adlı dünya müharibəsinin baş vermə ehtimalının olduğunu bildirilib.
Yeniavaz.com
xəbər verir ki, onlar bu barədə “The National Interest” jurnalı üçün məqalə yazıblar. Müəlliflər, 2034-cü ildə Cənubi Çin dənizində ABŞ və Çin arasında baş verəcək bir toqquşmanın "qlobal alovlanmaya" səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Belə bir ssenarinin reallığa çevrilmə ehtimalının böyük olduğu bildirilib.
Stavridis və Akkerman məqalələrində həmçinin bildiriblər ki, yaxın gələcəkdə pilotsuz təyyarələr və insansız hərbi texnikalar döyüş meydanında üstünlük təşkil edəcək. Eyni zamanda silah sistemlərinə haker hücumları kifayət qədər artacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top