Yəməndə daşqınlar səbəbilə 14 nəfər öldü


Yəməndə yağan şiddətli yağışlar səbəbilə 14 nəfər həyatını itirib, xeyli sayda evə ziyan dəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, əhali daşqınlar baş verən ərazidən təhlükəsizlik qüvvələrinin bölmələri tərəfindən hərbi zirehli texnikalar vasitəsilə çıxarılıb.
Daşqınlar həmçinin bir sıra ərazilərdə elektrik dirəklərin yıxılmasına, təsərrüfat və əkin sahələrinin su altında qalmasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top