
Tunis Prezidenti Kais Said parlamentin fəaliyyətini dondurduğunu, bütün parlament üzvlərinin toxunulmazlığını ləğv etdiyini və Baş nazir Hiçam Meçiçini istefaya göndərdiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mosaique FM” radiosu məlumat yayıb. Daha sonra Tunisin paytaxtına ordu yeridilib. Parlamentin fəaliyyətinin isə 30 gün müddətinə dayandırıldığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl Tunis prezidenti iclas keçirərək ölkədə iqtisadi vəziyyətin pisləşdiyini, pandemiyanın artdığını və ölkəni bu vəziyyətə gətirənlərin cavab verəcəyini açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz