Tunis parlamentinin sədri prezidenti konstitusiyaya zidd hərəkət etməkdə günahlandırdı - YENİLƏNİB


Tunis Xalq Nümayəndələri Məclisinin sədri, "Ən-Nəhda" partiyasının lideri Rəşid Qənnuşi ölkə prezidenti Qais Saidi ölkə konstitusiyasına zidd hərəkətlərdə günahlandırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat verib. Partiya lideri bildirib ki, “Əl-Nəhda” partiyası və Tunis xalqının tərəfdarları inqilabı müdafiə edəcəklərinə və güc qurumlarının hadisələrə müdaxilə etməyəcəyinə inanır.
Qeyd edək ki, ölkə prezidenti Parlamentin buraxıldığını və baş nazir Hişam Maşişinin istefaya göndərildiyini, eləcə də təcili tədbirlərin davam etdiyi müddətdə hökumətə başqa bir şəxsin rəhbərlik edəcəyini açıqlamışdı.

***09:54
Tunis prezidenti Qais Said Xalq Nümayəndələri Məclisinin fəaliyyətinin dayandırıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası xəbər verib. Məlumatda deyilir ki, Səid bütün millət vəkillərinin deputat toxunulmazlığını ləğv edib. Dövlət başçısı həmçinin baş nazir Hişam Maşişinin istefasının yaxın gələcəkdə reallaşacağını və təcili tədbirlərin davam etdiyi müddətdə hökumətə başqa bir şəxsin rəhbərlik edəcəyini açıqlayıb.
Qeyd edək ki, Tunis prezidenti ölkədəki vəziyyəti müzakirə etmək üçün təhlükəsizlik rəsmiləri və hərbçilərlə bir araya gəlib. Günün əvvəlində isə ölkənin bir sıra şəhərlərində nümayişlər keçirilib. İştirakçılar respublikadakı epidemioloji və sosial-iqtisadi vəziyyətlə bağlı parlamentin buraxılmasını, siyasi rejimin dəyişdirilməsini və habelə vəziyyətin pisləşməsindən məsul olanların mühakimə olunmasını tələb ediblər.

DİGƏR XƏBƏRLƏR

Top