
Yaponiyanın “Şonoqi” əczaçılıq şirkəti, koronavirusa yoluxanların müalicəsi hazırlanan həblərin sınaqlarına başladı.
Yeniavaz.com xəbər verir ki, bu barədə The Wall Street Journal xəbər yayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, həblər gündə bir dəfə qəbul edilməsi üçün nəzərdə tutulub. İlkin ehtimallara görə,ilk qəbuldan sonra beş gün ərzində virus tam zərərsizləşdirilir. Sınaqlarda ilkin olaraq 50-100 nəfər iştirak edəcək. Sınaqlar uğurlu keçərsə, həbin kütləvi istehsalına başlanılacaq.