Erməni təxribatlarının artmasına Türkiyədən REAKSİYA


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti Əliyevin mesajlarını Ermənistan yaxşı anlamalıdır, yoxsa yeni problemlərlə üzləşəcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik öz tviter hesabında deyib. O, Ermənistanın Kəlbəcərdə törətdiyi təxribat nəticəsində Azərbaycan hərbiçisinin şəhid olması barədə danışaraq hücumu sərt şəkildə qınayıb:
“Həmin hücumu lənətləyirik. Ermənistan təcavüzkar siyasətini davam etdirir. Bu, regionda sülh üçün təhlükədir. Ermənistanın bu addımlarına icazə verilməyəcək”.

 

DİGƏR XƏBƏRLƏR

Top