Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ


İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub
.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

DİGƏR XƏBƏRLƏR

Top