Müğənninin qətl videosu olduğu deyilən görüntülər barədə - DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan video haqda açıqlama yayıb. 

Yeniavaz.com xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov "qafqazinfo"ya açıqlamasında görüntülərin araşdırıldığını bildirib:

"Məlum olub ki, hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub".

DİGƏR XƏBƏRLƏR

Top