
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. TBMM sədrinin Azərbaycan-Pakistan-Türkiyə parlament başçılarının Bakıda keçirilən ilk toplantısında iştirak edəcəyi bildirilib. İclasdan əvvəl parlament başçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutacaq.
27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.
Şentopun Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyuliun 29-a Türkiyəyə qayıdacağı vurğulanıb.
Tətbiqimizi yükləyə bilərsiniz