
Rusiyanın Amur Bölgəsinin Rəqəmsal İnkişaf naziri Aleksandr Kurdyukov dünyasını dəyişib.
Yeniavaz.com “iz.ru”ya istinadla xəbər verir ki, 40 yaşlı Kurdyukov 22 iyulda bölgədəki turizm mərkəzlərindən birində baş verən davada iştirak etmişdi. Bu səbəblə travmatik beyin xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, o, 12 yanvar 2021-ci il tarixində bölgənin Rəqəmsal İnkişaf naziri vəzifəsinə təyin edilmişdi