Türkiyə Ordusunun 2 hərbçisi şəhid oldu


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçilərinə terror hücumu təşkil olunub.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki,  “Fırat Kalkanı” antiterror əməliyyatı bölgəsində Türkiyə Ordusuna aid “Kirpi” zirehli texnikasına edilən hücum nəticəsində iki türk hərbçisi şəhid olub, ikisi hərbçi isə yaralanıb. Yaralılar təcili xəstəxanaya çatdırılıblar.
Terrorçulara qarşı cavab tədbirlərinin həyata keçirildiyi bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top