Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB


Badamdar qəsəbəsində, dağ yamacında ötən gecə baş vermiş yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu haqda FHN bildirir. Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Yanğın nəticəsində hansısa maddi ziyan dəydiyi məlum deyil, yanğın dağ yamacında quru kol-kosun alışması nəticəsində baş vermişdi.
***01:05
Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Yeniavaz.com-a bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

 

DİGƏR XƏBƏRLƏR

Top