Rusiyada yüksək vəzifəli erməni polis öldürülüb


Rusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb.
Məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirmiş. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, orada ölüb.
Qətlin törədilməsi ilə bağlı 1977-ci ildən anadan olan Zaurbek K. barəsində axtarış elan edilib. //report.az

DİGƏR XƏBƏRLƏR

Top