Qırğızıstan və Tacikistan sərhədində yenidən atışma oldu


Bu gün Qırğızıstan və Tacikistan sərhədində sərhədçilər arasında atışma baş verib.
Yeniavaz.com
 “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki,  atışma Batken vilayətinin Kum-Mazar bölgəsində baş verib. Atışmaya səbəb Tacikistanın sərhəd bölgələrinin sakinlərinin Qırğızıstan tərəfinin razılığı olmadan qumu təmizləmək üçün tədbirlər görməyə başlaması olub. Tacikistan tərəfi Qırğızıstanın işi dayandırma tələbini yerinə yetirmədiyi üçün tərəflər arasında münaqişə yaranıb.
Qeyd edək ki, insidentlə bağlı Qırğızıstan sərhədçiləri və yerli hakimiyyət nümayəndələri hadisə yerinə gəlib. Hazırda vəziyyətin stabil olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top