
Tokio Yay Olimpiya Oyunlarında ölkəmizə təmsil edən iki üzgüçümüz turnirlə vidalaşıb.
Yeniavaz.com xəbər verir ki, 400 metr məsafəyə qarışıq üzmək növü üzrə mübarizəyə qoşulan Maksim Şemberev çıxış etdiyi qrupda sonuncu – 8-ci olub.
Qarşıya qoyulan məsafəni 4 dəqiqə 19,40 saniyəyə qət edən təmsilçimiz final mərhələsinə çıxa bilməyib. Şemberev 29 iştirakçı arasında 26-cı yeri tutub.
Üzgüçülük üzrə qadın təmsilçimiz Məryəm Şeyxəlizadəxangah da turnirlə vidalaşıb. Qadın təmsilçimiz 100 mtr məsafəni 1 dəqiqiə 1,37 saniyəyə üzüb. Nəticədə
ən yaxşı 18 iştirakçı arasında yer la bilməyib.
Qeyd edək ki, olimpiadada ölkəmizi bu iki üzgüçü təmsil edirdi.