
Çinin cənub-qərbində 3 nəfər “H5N6” virusuna (quş qripi) yoluxub, 1 nəfər ölüb.
Yeniavaz.com “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Hon-Konq vilayətinin Səhiyyə Departamentinin saytında məlumat paylaşılıb. Yoluxanlardan biri Çinin Syuanxan vilayətindən olan 51 yaşlı qadındır. Qadında 25 iyunda quş qripinin əlamətləri özünü biruzə verib. 3 iyulda isə xəstəxanaya yerləşdirilib. Ertəsi gün ölüb.
Digər 2 fakt da Syuanxan vilayətində qeydə alınıb. Belə ki, 57 yaşlı kişidə 22 iyunda virusun əlamətləri görülüb. O, 5 iyulda xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti kritikdir. Daha bir şəxs isə 66 yaşlı kişidir. Onda xəstəliyin əlaməti 23 iyunda üzə çıxıb. 4 iyulda xəstəxanaya yerləşdirilib. Onun da vəziyyəti kritik qiymətləndirilir.