Atdığımız albalı saplağının orqanizmə inanılmaz faydaları


Albalı saplağı deyərək, onu zibil qutusuna atmamışdan əvvəl bu məlumata nəzər yetirin. Sonra onu atıb-atmamaqla bağlı qərarınızı verin.
Yeniavaz.com
xəbər verir ki, faydası saymaqla bitməyəcək bitkilərdən biri də albalı saplağıdır. Bəs sözügedən neməti necə dəyərləndirə bilərik? Faydaları nələrdir? Necə istifadə edə bilərik?
Yayın ən gözə xoş görünən və ləziz meyvələrindən olan albalının saplağı A, E, C və K vitaminlərilə zəngindir. Albalı saplağının istifadəsi xüsusilə, 40 yaşdan sonra sizə daha faydalı ola bilər. 

Albalı saplağının faydaları:
• Sakitləşdirir, stresi azaldır
• Yatmazdan əvvəl istifadə edildikdə daha rahat yatmağa kömək edir
• Sidik qovucudur
• Sidik yolu infeksiyasının müalicəsində istifadə olunur
• Böyrək daşlarının azalmasına kömək edir, əmələ gəlməsinin qarşısını alır
• Prostat problemi üçün faydalıdır
• Xolesterolu azaltmağa kömək edir
• Bağırsaq, qaz və qəbizlik problemlərini aradan qaldırır
• Revmatik ağrıları azaldır
• Antioksidan xüsusiyyəti sayəsində hüceyrələrin yenilənməsinə kömək edir
• Qanı təmizləyir, qan azlığına faydalıdır
• Qanın durulmasına kömək edir, qanaxma hallarında isə istifadə etməmək daha məqsədə uyğundur
• Qaraciyərin təmizlənməsinə kömək edir
• Damar tıxanıqlığının qarşısını alır
• Ürək üçün fayadlıdır
• Təbii ağrı kəsici xüsusiyyətə malikdir
• Zəhərli maddələrdən qurtulmağa kömək edir.

Bu bitki həmçinin yüksək çəkidən əziyyət çəkənlərin də ən yaxın dostudur. Çünki ödəmin azalmasına birbaşa kömək edir.

Necə istifadə etmək olar?
Albalı sapı dəmlənmə üsulu ilə istifadə edilir. Bunun üçün əvvəl albalı saplağı yuyulub qurudulur. Nadir hallarda günəş işığında qurudulur. Qurutma prosesi üçün ən azı 2 gün gözlənilməlidir. Qurudulmuş albalı saplaqrını hava keçirməyən bir qabda saxlamaq lazımdır. Qış boyunca da qurudulmuş albalı saplaqrından istifadə edə bilərsiniz.
Bir stəkan suya iki çimdik albalı saplağı əlavə edirsiniz. Sonra albalı saplağı olan su ən az 5-10 dəqiqə qaynadılır. Çayı qaynatdıqdan sonra süzülür. Bir az soyuması üçün gözlənilir.
Hazırlanmış mayedən gün ərzində 1 stəkan qəbul etməniz kifayətdir. Məhsuldan gözlənilən nəticəni almaq üçün mütəmadi olaraq ən azı 1 həftə ərzində istifadə etmək uyğundur.
Deyirlər ki, hər şeyin azı qərar, çoxu zərərdir. Odur ki, hər neməti qərarında qəbul etməniz məsləhətlidir.

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top