Bakıda yük maşını "Mercedes"i vurub obyektə çırpıldı - VİDEO


Bakıda daşla dolu “KamAZ” markalı avtomobil yol kənarındakı obyektə çırpılıb.

Yeniavaz.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Biləcəri qəsəbəsi ərazisində baş verib.
Yük maşını "Mercedes" markalı minik avtomobilini vurub, daha sonra idarəetməni itirərək yolun kənarında obyektə çırpılıb, tikili yararsız hala düşüb.
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb və bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “Shacman” markalı yük , "Nissan" ​​​​​​və “Mercedes-Benz” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top