Bu gün Rusiya və Türkmənistan prezidentləri arasında görüş olacaq

Noyabrın 1-də Moskvada Rusiya və Türkmənistan prezidentləri Vladimir Putinlə Qurbanqulu Berdiməhəmmədov arasında görüş keçiriləcək. Bu barədə Kremlin məlumatında deyilir. “Noyabrın 1-də prezident Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Moskvaya işgüzar səfər edəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, bir sıra aktual regional məsələlər ətrafında müzakirələr aparılacaq”, məlumatda qeyd olunur.

APA

DİGƏR XƏBƏRLƏR

Top