Hindistanda daşqın səbəbindən ölənlərin sayı 140- a çatıb - YENİLƏNİB


Son iki gündə Hindistanın Maharaştra vilayətində musson yağışlarının yağması nəticəsində yaranan selə görə həyatını itirənlərin sayı təxminən 140 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NDTV” kanalı məlumat yayıb. Xəbərdə deyilir ki, yağışlar səbəbindən baş verən daşqınlarda 138 nəfər dünyasını dəyişib, 80-dən çox insan itkin düşüb. 84, 4 mindən çox şəxs fəlakət zonasından evakuasiya olunub. 54 kənd tamamilə su altında qalıb. 821 kənd isə qismən zərər çəkib.
Qeyd edək ki, xilasetmə işlərində Hindistan Hərbi Dəniz Qüvvələrinin bölmələri və helikopterləri iştirak edir.

***11:54
Hindistanın Maharaştra ştatında yağan musson yağışları səbəbindən yaranan daşqın və torpaq sürüşmələri ən azı 125 insanın həyatına son qoyub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maharaştra ştatının rəsmiləri məlumat verib. Rəsmi bildirib ki, daşqınların baş verdiyi bölgədən 90 mindən çox insan təhlükəsiz ərazilərə evakuasiya olunub.
Qeyd edək ki, bölgədə qalan insanların xilasetmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top