Təmsilçilərimiz bu gün olimpiadada medal qazanmağa çalışacaqlar


Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsilçilərimizdən 10-u mübarizəyə qoşulub.

Yeniavaz.com xəbər verir ki, dörd idmançımızın iştirak edəcəyi yarışlarda bu gün medalçılar məlum olacaq.  Ölkəmizə ilk medalı Kəramət Hüseynov qazandıra bilər.  Cüdoçumuz Böyük Britaniya təmsilçisi Ashley McKenzia üzərində qələbə qazanaraq 1/8 finala yüksəlib. Güllə atıcılığı üzrə təmsilçimiz Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə finala çıxmaq üçün yetərli olmayıb. Qadın cüdoçu Aişə Qurbanlı, velosipedçi Elçin Əsədov da medal ümidlərimizdəndir. Digər 6 idmançımızdan 3 boksçu, 2 üzgüçü və 1 gimnast da bu gün  yarışlara qoşulacaq.

DİGƏR XƏBƏRLƏR

Top