Fırtınaya görə Yay Olimpiya Oyunlarında yarışların vaxtı dəyişdirildi


Yaponiyada baş verən tropik fırtına Tokio-2020 Yay Olimpiya Oyunlarının cədvəlində dəyişikliyə səbəb olub. 
Yeniavaz.com
“NHK”ya istinadən xəbər verir ki, təşkilatçılar pis hava şəraiti ilə bağlı avarçəkmə yarışlarının vaxtını bir gün əvvələ alaraq, bazar gününə təyin edib. 
Xatırladaq ki, kişilər və qadınların tək və cüt qayıqla dörddə bir final və yarımfinal oyunlarının bazar ertəsi keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, oyunlardakı hadisələrin hava şəraiti ilə əlaqədar olaraq dəyişdirilməsi ilk dəfədir.

DİGƏR XƏBƏRLƏR

Top