Rusiyada təyyarə qəzaya uğradı - 1-i qadın olmaqla 2 nəfər öldü


Rusiyanın Xabarovsk vilayəti yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər dünyasını dəyişib.
Yeniavaz.com “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. Xəbərdə deyilir ki, ölənlərdən biri qadın pilotdur.
Qeyd edək ki, təyyarə ötən gün gecə saatlarında Xabarovsk bölgəsindəki Kalinka aerodromunun yaxınlığında havaya qalxan zaman qəzaya uğrayıb. Faktla bağlı cinayət işi açılıb.​​​​
 

DİGƏR XƏBƏRLƏR

Top