Xaçmazda 27 yaşlı kişi göldə batıb


Xaçmaz rayonuda bədbəxt hadisə baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.

Qeyd edək ki, mərhum ailəli idi, iki il əvvəl toyu olub, övladı yoxdur.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top