Bu gün Kəlbəcərdə şəhid olan hərbçimizin FOTOSU


Xəbər verdiyimiz kimi, bu gün saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Yeniavaz.com şəhid gizir Yaqublu Fərman Telman oğlunun fotosunu təqdim edir:

Qeyd edək ki, Fərman Yaqublu Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top