Salyanda "patı" əməliyyatı - Saxlanılan var


Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 45 yaşlı Elşən Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top