İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbaut xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, 2021-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 14 928 cinayət qeydə alınıb. Bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil edib, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açılması təmin edilib, 435 cinayətkar qrup zərərsizləşdirilib.