
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sədrinin müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, AKP ilə Yeni Azərbaycan Partiyası arasında keçən ay Ankarada imzalanmış əməkdaşlıq protokolundan sonra bu səfər baş tutacaq. Səfər çərçivəsində hər iki partiya rəsmiləri arasında danışıqlar aparılacaq. AKP heyəti 4 günlük səfər proqramında Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək. Tərəflər Türkiyə və Azərbaycanın birlikdə həyata keçirəcəyi layihələr müzakirə olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz