Makron Bakıya gəlir? – Səfirdən AÇIQLAMA


Fransanın Ermənistandakı səfiri Conatan Lakota prezident Emmanuel Makronun Qarabağ məsələsinə görə Ermənistana səfər edəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfir “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibə verərkən danışıb.
Qeyd edək ki, jurnalist müsahibə vaxtı səfirə Makronun Bakı və ya Tbilisiyə gedib-getməyəcəyi ilə bağlı sual ünvanlayıb. O Makronun regiona səfər edəcəyini qeyd edərək bildirib ki, Makronun regiondakı ölkə liderləri ilə görüşməsi daha məntiqli olar.
Lakota iki tərəfli görüşdə Azərbaycan və Ermənistan arasındakı problemlərə və regional məsələlərə toxunulacağını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top