Prezidentin Baş qərargah rəisi təyin etdiyi Kərim Vəliyev kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bu gün sərəncam imzalayaraq General-leytenant Vəliyev Kərim Tofiq oğlunu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edib.
Yeniavazcom
xəbər verir ki, Kərim Vəliyev 1961-ci ilin 9 fevralında Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant tağım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 1994-cü il tarixli sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24 iyun 2005-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı və 25 iyun 2012-ci il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 14 may 2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021 tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top