
Hindistanın Maharaştra ştatının paytaxtı Mumbay şəhərində bina uçub.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Hindistan hökuməti xəbər yayıb. Verilən məlumata görə, binanın uçması nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Bundan əlavə Hindistanın Çembur bölgəsində pis hava şəraiti səbəbilə bir çox gecəqonduların divarları uçub. Nəticədə 17 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Qeyd edək ki, ötən gün Hindistanın meteorologiya bürosu Mumbayda yağan güclü yağışlar səbəbilə qırmızı dərəcəli həyəcan səviyyəsi elan etmişdi.