Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi - CANLI + YENİLƏNİB


Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib.
Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

***15:17
Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Yeniavaz.com
xəbər verir ki, 32-ci Yay Olimpiadasının bəzi yarışları iki gün öncə başlasa da, rəsmi açılış bu gün baş tutub.
Qeyd edək ki, 17 gün davam edəcək ən böyük multiidman yarışında 204 ölkədən 11 mindən artıq atletin iştirakı gözlənilir. Onlar 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiada yubanma ilə təşkil edilən ilk yarış kimi tarixə düşəcək. İndiyədək ləğv olunan yarışlar olsa da, təxirəsalmaya təsadüf edilməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top