Koronavirusa yoluxan qadın evində övladına toy etdi - FOTO


Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil etməsi və beləliklə, məclis iştirakçılarının sağlamlığını ciddi təhlükəyə atması aşkar edilib. Polis əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top