Özbəkistanda bu tarixdə prezident seçkiləri olacaq


Özbəkistan 24 oktyabrda prezident seçkiləri keçirməyə hazırlaşır.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının başçısı Sayniddin Nizamhocayev məlumat verib. O bildirib ki, seçki kampaniyasına bu gündən start verilir.
Qeyd edək ki, Özbəkistan parlamentinin yuxarı palatası olan Senat Baş Məclisi fevral ayında prezident seçkilərini dekabrdan oktyabr ayına keçirməyi planlaşdıran qanuna düzəlişi təsdiqləmişdi. Qanuna əsasən dekabrın 20-dən sonraya planlaşdırılan seçkilərin vaxtı oktyabrın 20-dən sonra ilk bazar gününə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top