Ekvadorda 2 həbsxanada üsyan – 21 ölü


Cənubi Amerika ölkəsi Ekvadorda 2 həbsxanada çıxan üsyan nəticəsində ən azı 21 nəfərin öldüyü deyilir.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ekvadorun Azadlıqdan Məhrum olunmuş Şəxslərə Hərtərəfli Qulluq Xidməti (SNAI) məlumat verib. Açıqlamada üsyana Ekvador polisinin müdaxilə etdiyi bildirilib.
Belə ki, Ekvadorun cənub-qərbində yerləşən Litoral həbsxanasında başlayan qiyamda 8 məhkumun öldüyü və 3 polisin yaralandığı vurğulanıb. Latakunqa həbsxanasında isə 13 məhkumun həyatını itirdiyi deyilir. Həmçinin Latakunqa həbsxanasında 35 məhkumun, 6 polis əməkdaşının da yaralandığı qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top