
Ukraynada keçirilən hərbi təlimlər zamanı tank səhvən yaxınlıqdakı kəndlərdən birini vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Tank mərmisinin kənddə yerləşən yaşayış evlərindən birinin həyətinə düşdüyü bildirilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Faktla bağlı cinayət işi açılıb. Təlim zamanı səhlənkarlıq edən hərbçilərin cəzalandırılacağı vurğulanıb.