
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dirketoru Uilyam Berns dünyada yayılan yeni növ koronavirusun mənşəyi barədə açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, Berns bu barədə ABŞ-ın İctimai Radiosuna verdiyi müsahibəsində deyib. O bildirib ki, ABŞ rəsmiləri koronavirusun mənşəyi ilə bağlı son nəticəyə gəlməyiblər:
“Çin şəffaflıq nümayiş etdirmir. Ümumdünya Səhiyyə Təşkilatı ilə tam əməkdaşlıq etməkdən imtina edir. Bu təəssüf doğurur. COVID-19-un mənşəyi barədə məlumat toplamaq üçün əlimizdən gələni edirik. Ancaq bir çox başqa hadisələrdə olduğu kimi, bunda da nəticə əldə edə bilməməyimiz mümkündür”.